Xəzər Təhsil Mərkəzi 2010-cu ildən Gəncə şəhərində fəaliyyətə başlayıb. Mərkəzdə IX, X, XI sinif şagirdlərinin və məzunların buraxılış imtahanlarına və ali məktəblərə qəbul imtahanlarına hazırlığını, V-VIII sinif şagirdlərinin məktəbdən sonra fənlər üzrə hazırlığını və sosial fəaliyyətini, şagirdlərin bilik və bacarıqlarını ölçmək məqsədilə VIII və IX -XI siniflər üzrə Sınaq imtahanlarını həyata keçirir.

Xəzər Təhsil Mərkəzi Azərbaycan və rus bölmələri üzrə aşağıdakı proqramları həyata keçirir:

-XI sinif və ya məzunlar üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 1 illik tədris proqramı ;

-X sinif şagirdləri üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 2 illik tədris proqramı ;

-IX sinif şagirdləri üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 3 illik tədris və Buraxılış imtahanlarına hazırlıq proqramı ;

*Bütün bu proqramlar Dövlət İmtahan Mərkəzinin (DİM) standartları əsasında təşkil olunur.
 

Xəzər Təhsil Mərkəzinin ali məktəblərə qəbul olma göstəricisi: 92%

Xəzər Abituriyentin uğurlarının əsas səbəbləri:

-Doğru çalışmaq yollarını və test işləmə texnikasını öyrədən, effektiv tədris proqramını və ölçmə-qiymətləndirmə sistemini hazırlayan, imtahana hazırlıqla bağlı dərsliklərin hazırlanması sahəsində böyük təcrübəyə malik peşəkarlardan ibarət komanda ;

-Qısa müddət ərzində qəbul imtahanına səmərəli hazırlığı təmin edən dərsliklər, test bankları və əlavə tədris materialları ;

-İstedadlı abituriyentlərin maksimum nəticə əldə etmələrini təmin etmək məqsədilə təşkil olunmuş xüsusi “Dərəcə qrupu” ;

-Abituriyentlərin imtahana psixoloji hazırlığını da əhatə edən il boyu keçilən mövzuların “Təkrarlama” proqramı, eyni zamanda onların boş vaxtlarının səmərəli keçirilməsi və istirahətlərinin düzgün və planlı şəkildə olması məqsədilə təşkil edilən gəzintilər və sosial layihələr.