Xəzər Təhsil Mərkəzi olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Hədəfimiz Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən bir təhsil şirkəti kimi fəaliyyət göstərməkdir. Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan mərkəzimiz hal-hazırda vətəndaşlarımıza 9 istiqamətdə xidmət göstərir:

  • “Abituriyent hazırlığı”
  • “Magistr hazırlığı”
  • “Xarici dillər kursu”
  • “Dövlət qulluğu və MİQ hazırlığı”
  • “İnformatika və  kompüter hazırlığı”
  • “Kompüter qrafikası və oyun quruculuğu”
  • “İbtidai sinif hazırlığı”
  • “Məktəbəqədər hazırlıq”
  • “Peşə hazırlığı”