Dövlət qulluğuna hazırlıq
Tədris mərkəzimizdə eyni zamanda dövlət orqanlarında işləmək istəyənlər üçün də hazırlıq mümkündür.
Tədris Dövlət İmtahan Mərkəzi (DİM) proqramına uyğun olaraq keçirilir. Tədris təcrübəli və öz sahələrində peşəkar müəllimlər tərəfindən həyata keçirilir.
Hazırlıq 4 istiqamətdə aparılır:
– Qanunvericilik bölməsi üzrə – 40 sual
– Məntiq bölməsi üzrə – 30 sual
– İnformatika bölməsi üzrə – 15 sual
– Azərbaycan dili – 15 sual
Dərslər qrup və fərdi şəkldə keçirilir;
Tədris vakansiya elan olunan müddətləri əhatə edir;
Keçirilən mövzuların sınağı olur;
Sınaqda zəif nəticə göstərilən fənlərdən əlavə pulsuz dərslər keçirilir.
MİQ hazırlıq
Dərs proqramı Təhsil Nazirliyi tərəfindən nəşr edilmiş siniflər üzrə dərs vəsaitlərinə əsaslanır.
Həftəlik dərs saatları aşağıdakı cədvəldə göstərilmişdir :
İxtisaslar | Həftəlik dərs saatı | Fənnlər üzrə dərs saatı |
İbtidai sinif və filologiya | 12 saat | 6 saat ixtisas/ 3 saat məntiq/ 3saat informatika |
Digər bütün ixtisaslar | 11 saat | 6 saat ixtisas/ 3 saat məntiq/ 3saat informatika |
Dərslər 5-7 nəfərlik quruplarla və fərdi olaraq keçirilir.
Ayda 2 dəfə sınaq imtahanı nəzərdə tutulmuşdur.
Aylıq sınaq imtahanında hər fənn üzrə birinci yeri tutan müdavim növbəti ay üçün ödənişdən azad edilir. (Həmin fənn üzrə imtahanda iştirak edənlərin sayı ən az 15 nəfər olmaq şərti ilə)
Ölkə üzrə maksimum nəticə yığan müdavimə il ərzində ödədiyi ödəniş geri qaytarılır.